Musiqi Bayramı qeyd olundu

Ulu öndər Heydər Əliyevin müvafiq sərəncamı ilə 1995-ci ildən etibarən 18 sentyabr Musiqi Bayramı günü kimi qeyd olunur. Bu tarix Azərbaycanın professional musiqisinin banisi dahi Üzeyir Hacıbəyli və onun silahdaşı Müslüm Maqomayevin doğum günü ilə əlaqəlidir. SİA-nın məlumatına görə, blə ki, musiqi günü münasibətilə 18 sentyabr tarixində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin əməkdaşlarının iştirakı ilə yığıncaq təşkil olunub. Klassik musiqimizin inkişafına töhfə vermiş Üzeyir Hacıbəyli, Qara Qarayev və digər dahi bəstəkarların fəaliyyətinə həsr olunmuş müzakirələrdən sonra Mərkəzin əməkdaşları tərəfindən bildirilib ki, onların fəaliyyəti bilavasitə doğma Azərbaycanımızın dünyaya tanıdılmasına xidmət etməklə yanaşı, eyni zamanda dünya musiqi xəzinəsinin genişlənməsinə də əvəzolunmaz töhfələr verib.

Bu kimi bayramların mütləq olaraq kütləvi xarakter daşımasının vacibliyini bildirən Mərkəzin direktoru Asif Usubəliyev növbəti illərdə məsələ ilə bağlı tədbirlər planının tutulmasının və müxtəlif xarakterli tədbirlərin ölkəmizin müxtəlif bölgələrində keçirilməsinin vacibliyini qeyd edib.

Mərkəzin əməkdaşları tərəfindən xüsusi olaraq vurğulanmışdır ki, gənc istedadların aşkar olunması və uşaq musiqi məktəblərinin populyarlaşması üçün Musiqi bayramına həsr olunmuş tədbirlər eyni zamanda orta təhsil məktəblərində də təşkil olunmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə