“Bölgələrdən paytaxta” Şəmkirə həsr ediləcək

“Bölgələrdən paytaxta” Şəmkirə həsr ediləcək

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "Bölgələrdən paytaxta" adlı yeni layihəsi Bakı sakinlərini regionların sosial-iqtisadi inkişafı, zəngin mədəniyyəti, adət-ənənələri ilə tanış etməkdə davam edir. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən məlumata görə, layihə çərçivəsində Şəmkir rayonuna həsr olunmuş tədbir Şəmkir rayon İcra Hakimiyyətinin dəstəyi, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və Şəmkir rayon Mədəniyyət və Turizm şöbəsinin təşkilatçılığı ilə sentyabrın 21-də, saat 18:00-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında reallaşacaq.

Qeyd edək ki, 2015-ci il ərzində "Bölgələrdən paytaxta" layihəsi çərçivəsində Masallı, Qəbələ, Quba, Şəki, Gədəbəy və İsmayıllı rayonlarının Bakı şəhərində təqdimatları keçirilmişdir. İlin sonunadək Xaçmaz, Zaqatala rayonlarına və Gəncə şəhərinə həsr edilən tədbirlərin təşkili nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə