Musiqi Gününün PROQRAMI

Azərbaycan Respublikası Prezidentinin "Üzeyir Musiqi Gününün keçirilməsi haqqında" 1995-ci il 18 sentyabr tarixli Fərmanına uyğun olaraq hər il sentyabrın 18-də ənənəvi Üzeyir Musiqi Günü keçirilir. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən məlumata görə, Üzeyir Musiqi Günü münasibətilə respublikamızda bir çox konsertlər, tədbirlər, sərgilər və digər mədəni tədbirlər təşkil olunur.
2009-cu ildən başlayaraq ölkəmizdə 18-28 sentyabr tarixlərində keçirilən və dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyliyə həsr olunmuş Beynəlxalq Musiqi Festivalları böyük əks-səda doğurub. Festival konsertlərində görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak ediblər.
Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2015-ci il 18-28 sentyabr tarixlərində Bakıda Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyinə həsr olunmuş VII Beynəlxalq Musiqi Festivalının keçirilməsi planlaşdırılır. Festivalda Rusiya, Latviya, Estoniya, Suriya, İtaliya, Kanada, Türkiyədən tanınmış musiqiçilər və kollektivlər - Liyepaya Simfonik orkestri, Gürcüstan Kamera Orkestri, Rusiya Nəfəs Alətləri Kvinteti, Saksofon kvarteti, Mişel Kampanella, Oleq Poxanovski, Tanel Joamets, Azmex Kinan, Miina Yarvi və başqaları iştirak edəcəklər.

Tədbirin adı

Keçirimə yeri

Tarix və saat

Üzeyir Hacıbəylinin, habelə görkəmli mədəniyyət və incəsənət xadimlərinin məzarlarının ziyarəti

Fəxri Xiyaban

18 sentyabr (cümə)

saat 10.00

Milli İncəsənət Muzeyinin bağında yerləşən "Güllələnmiş heykəllər" abidəsinin ziyarəti

Milli İncəsənət Muzeyinin bağı

18 sentyabr (cümə) saat 10.30

Üzeyir Musiqi Gününə həsr olunmuş tədbir

İştirak edirlər:

Azərbaycan Dövlət Xor Kapellası, Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestri

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qarşısında

(Ş.Bədəlbəyli küçəsi, 98)

18 sentyabr (cümə)

saat 11.00

"Üzeyir Hacıbəyli-130" tədbir

Ü.Hacıbəylinin ev muzeyi (Ş.Əzizbəyov küçəsi, 67)

18 sentyabr (cümə)

saat 14.00

Beynəlxalq Musiqi Festivalının açılışı

Üzeyir Hacıbəylinin 130 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsi

İştirak edirlər:

Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestri

Bədii rəhbər və baş dirijor –Rauf Abdullayev

Azərbaycan Dövlət Xor Kapellası

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppası, solistlər

Azərbaycan Dövlət Rəqs Ansamblı

Azərbaycan Dövlət Musiqili Teatrı

Heydər Əliyev Sarayı (Bülbül prospekti,35)

18 sentyabr (cümə)

saat 19.00

Heydər Əliyev Sarayının foyesində "Üzeyir Hacıbəyli-130" Musiqi Mədəniyyəti Dövlət Muzeyinin, Teatr Muzeyinin və Azərbaycan Milli Kitabxanasının sərgiləri

Heydər Əliyev Sarayı (Bülbül prospekti,35)

18 sentyabr (cümə)

saat 19.00

Rusiya saksofon kvarteti

Bakı Musiqi Akademiyasının Böyük zalı (Ş.Bədəlbəyli küçəsi, 98)

19 sentyabr (şənbə)

14.00

Liyepaya simfonik orkestri (Latviya)

Dirijor Yalçın Adıgözəlov

Proqram

Q.Qarayev "Don Kixot" simfonik qravürləri

K.Debüssi-A.Qəmbərli "Prelüd N 4"

R.Ştraus "Tod und Verklörung" simfonik poeması

K.Debüssi Noktürn N 2

Azərbaycan Dövlət Filarmoniyası (İstiqlaliyyət küçəsi,10)

19 sentyabr (şənbə)

saat 19.00

Üzeyir Hacıbəyli "O olmasın, bu olsun"

2 hissəli musiqili komediya

Dirijor Nazim Hacıəlibəyov

Azərbaycan Dövlət Musiqili Teatrı (Z.Əliyeva küçəsi,8)

19 sentyabr (şənbə)

saat 19.00

Üzeyir Hacıbəyli "Leyli və Məcnun"

3 hissəli opera

Dirijor-Sevil Hacıyeva

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı (Nizami küçəsi, 95)

19 sentyabr

(şənbə)

saat 19.00

Liyepaya simfonik orkestri (Latviya)

Azərbaycan Dövlət Xor Kapellası

Kapellanın bədii rəhbəri Gülbacı İmanova

Dirijor Yalçın Adıgözəlov

Proqram:

F.Pulenk "Qloriya" oratoriyası

M.Musorqski"Sərgidən rəsmlər"

Azərbaycan Dövlət Filarmoniyası (İstiqlaliyyət küçəsi,10)

20 sentyabr

(bazar)

saat 19.00

Ü.Hacıbəyli "Ər və arvad"

2 hissəli musiqili komediya

Azərbaycan Dövlət Musiqili Teatrı (Z.Əliyeva küçəsi,8)

20 sentyabr

(bazar)

saat 19.00

Skripkaçı Mina Yarvi ( Estoniya) və pianoçu Mikele Kampanellanın (İtaliya) Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində ustad dərsi

Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbi (Nərimanov prospekti, 67)

21 sentyabr (bazar ertəsi)

saat 15.00

Ağcabədi rayon "Qarabağ" Muğam Mərkəzi

Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı

Bədii rəhbər- Ağaverdi Paşayev

"Qarabağ" muğam mərkəzi

21 sentyabr

(bazar ertəsi)

saat 15.00

Rusiya Böyük Teatrının Nəfəs Alətləri kvinteti

Beynəlxalq Muğam Mərkəzi (Dənizkənarı Milli Park)

21 sentyabr (bazar ertəsi)

saat 19.00

Beynəlxalq müsabiqələr laureatı, skripkaçı Oleq Poxanovskinin (Kanada) ustad dərsi

"Xəzər Universiteti (Məshəti küçəsi, 51)

22 sentyabr

(çərşənbə axşamı)

saat 12.00

"Üzeyir Hacıbəyli-130"

elmi konfrans

Azərbaycan Bəstəkarlar İttifaqı (Xaqani küçəsi, 55)

22 sentyabr (çərşənbə axşamı)

saat 12.00

Kamera musiqisi konserti

Solistlər: Ziba Rəcəbli (alt),

Məmməd Rəcəbli (klarnet),

Fatimə Cəfərzadə (soprano),

Məhərrəm Hüseynli (bariton),

İlahə Sadıxzadə (piano)

Musiqi Mədəniyyəti Dövlət Muzeyi ()

22 sentyabr (çərşənbə axşamı)

saat 14.00

"EMMA Avropa ve Aralıq Dənizi Musiqi Akademiyasının təqdimatı"

Ü.Hacıbəyli adına Dövlət Simfonik Orkestri

Dirijor Əyyub Quliyev

Solistlər:

Mikele Kampanella (İtaliya) piano

Kinan Azmex (Suriya) klarnet

Mina Yarvi (Estoniya) skripka

Proqram:

L.V.Bethoven – Fortepiano və orkestr üçün 4 saylı konsert

Kinan Azmeh – "Toy mərasimi" klarnet və orkestr üçün süita

(II və III hissələr) "22 noyabr" "Toy mərasimi" (Bakıda ilk ifa)

Qara Qarayev – Skripka və orkestr üçün konsert

Pyer Tilua – 7 saylı simfoniya "Yanardağ"

Azərbaycan Dövlət Filarmoniyası (İstiqlaliyyət küçəsi,2)

22 sentyabr

(çərşənbə axşamı)

saat 19.00

"Müslüm Maqomayev -130"

Elmi konfrans

Azərbaycan Bəstəkarlar İttifaqı (Xaqani küçəsi,55)

23 sentyabr (çərşənbə)

saat 12.00

Kamera musiqisi konserti

Beynəlxalq müsabiqələr laureatı

Oleq Poxanovski (Kanada) skripka

Zülfiyyə Sadıxova (piano)

Kamera və Orqan Musiqisi Zalı (28 May küçəsi, 17)

23 sentyabr (çərşənbə) saat 18.00

C.Puççini "Manon Lesko" operasının konsert ifası

(premyera)

Dirijor Cavanşir Cəfərov

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı (Nizami küçəsi, 95)

23 sentyabr

(çərşənbə)

saat 19.00

Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri

Dirijor Hakan Şensoy (Türkiyə)

Solist Sinan Erşahin gitara (Türkiyə)

Proqram:

A.Vivaldi Concerto grosso g moll

A.Vivaldi Gitara və orkestr üçün konsert A dur

A.Vivaldi Gitara və orkestr üçün konsert D dur

R.Dens Tanqo en Skai

H.Şensoy "Yol yorqunu"

A.Pyazzola Tanqo "Rio sena"

Enrike Alesio Tanqo "Cantemos corazon"

Jakob Gade Tanqo "Jalousie"

A.Durdağ "Deryada Deryaliklar"

Azərbaycan Dövlət Filarmoniyası (İstiqlaliyyət küçəsi,10)

23 sentyabr (çərşənbə)

saat 19.00

Fortepiano musiqisi gecəsi

Tanel Joamets (Estoniya)

Beynəlxalq Muğam Mərkəzi (Dənizkənarı Milli Park)

23 sentyabr (çərşənbə) 19.00

"Bülbülsayağı" adlı musiqi layihəsi

Solist Anar Şuşalı

Beynəlxalq Muğam Mərkəzi (Dənizkənarı Milli Park)

24 sentyabr (cümə axşamı)

saat 19.00

Gürcüstan kamera orkestri

Dirijor Fəxrəddin Kərimov

Proqram:

D.Şostakoviç Kamera simfoniyası op.110

M.Bruh "Mələyin səsi" op.10

N.Paqanini - C.Rossininin "Moisey Misirdə" operasının mövzusuna variasiyalar

J.Suk Serenada

Azərbaycan Dövlət Filarmoniyası (İstiqlaliyyət küçəsi,10)

24 sentyabr (cümə axşamı)

saat 19.00

"Üzeyir Hacıbəyli və Müslüm Maqomayev-130"

Kamera konserti

Azərbaycan Bəstəkarlar İttifaqı (Xaqani küçəsi, 55)

25 sentyabr (cümə)

saat 12.00

"Fortepiano dueti" konsert

Nəzakət Rimazi, Elnarə Kəbirlinskaya

Proqram:

K.Qustavino Romanslar

A.Pyazzola Tanqo, Fuqa misterio,Libertanqo, "Milonga del angel"

A.Rozenblat Tanqo

A.Svasman "Sevgilim"

A.Svasman "İntermezzo"

Bakı Musiqi Akademiyası (Ş.Bədəlbəyli, 98

25 sentyabr (cümə)

saat 17.00

Ü.Hacıbəyli adlna Azərbaycan Dövlət Simfonik Orkestri

Dirijor Fabrisio Festani (İtaliya)

Solistlər: Rikkardo Pyaçentini (piano) İtaliya

Tisiani Skandaletti (vokal) Italiya

Azərbaycan Dövlət Filarmoniyası (İstiqlaliyyət küçəsi,10)

25 sentyabr (cümə)

saat 19.00

Ü.Hacıbəyli "Arşın mal alan" musiqili komediya

Dirijor Əyyub Quliyev

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı (Nizami küçəsi,95)

26 sentyabr (şənbə)

saat 19.00

"Dan ulduzu" ansamblının konserti

Dövlət Mahnı Teatrı

(R.Behbudov küçəsi, 12)

27 sentyabr ( bazar)

saat 19.00

F.Əmirov "Min bir gecə" balet

Dirijor Əyyub Quliyev

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı (Nizami küçəsi,95)

27 sentyabr (bazar)

saat 19.00

Beynəlxalq Musiqi Festivalının bağlanışı

Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri

Solist Andrey Şibko (piano) Rusiya

Dirijor Fəxrəddin Kərimov

Azərbaycan Dövlət Filarmoniyası (İstiqlaliyyət küçəsi, 10)

28 sentyabr ( bazar ertəsi)

saat 19.00

Bütün xəbərlər Facebook səhifəmizdə