"Şahdağ" Turizm Mərkəzi 24-25 sentyabr Qurban bayramı münasibətilə aksiya həyata keçirir. SİA-nın məlumatına görə, aksiya 24-27 sentyabr tarixləri üçün etibarlı hesab olunur. Aksiya çərçivəsində bayram günlərində qonaqlar "Şahdağ" Turizm Mərkəzinə səfər edərək endirimli qiymətlərdən yararlanmaq imkanı əldə edə biləcəklər. Həmçinin bayram şam yeməyi və axşamlar əyləncəli proqramlar qonaqların xidmətində olacaq.
Məlumat üçün bildiririk ki, Şahdağ Turizm Mərkəzi yay mövsümü ərzində bir sıra uğurlu layihələr həyata keçirib. İyulun 25-də "Şahdağda Velosipedçilər Günü" adlı tədbir, 22 avqust tarixində "Şahdağın hədiyyəsi" adlı aksiya altında canlı konsert proqramı keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB