Qazaxıstanın Almatı şəhərində M. Auezov adına Qazaxıstan Dövlət Akademik Dram Teatrının səhnəsində "Almatı-2015 İslam mədəniyyətinin paytaxtı" çərçivəsində Beynəlxalq festival keçirilib. SİA-nın məlumatına görə, konsertdə Qazaxıstanın "Qulder" Estrada-Rəqs Ansamblı və N.Tlendiyev adına Akademik Folklor-Etnoqrafik Oskestri ilə yanaşı, Misir Ərəb Respublikasının "Tannura" Ansamblı, Qırğızıstanın "Bereke" Dövlət Rəqs Ansamblı, Tacikistan Respublikasından müğənni Sitora Nazarova da iştirak etmişdir. Tədbirdə Azərbaycan Respublikasını Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı təmsil edib.
Ansamblın ifasında R.Hacıyev "Azərbaycan", Xalq rəqsi "Uzundərə" və "Yallı" tamaşaçıların böyük marağına səbəb olub.
Qeyd edək ki, ansambl festivalda uğurlu çıxışlarına görə Qazaxıstan Respublikası Mədəniyyət və İdman Nazirliyinin xüsusi diplomu ilə təltif edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB