Sevda Məmmədəliyeva Andre Rişardla görüşüb

Sevda Məmmədəliyeva Andre Rişardla görüşüb

Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Fransa Respublikası Senatının Fransa - Azərbaycan dostluq qrupunun sədri Andre Rişardın rəhbərliyi ilə nümayəndə heyətini qəbul edib. SİA-nın məlumatına görə, görüşdə Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığın vəziyyəti və gələcək perspektivlər müzakirə edilib. Sevda Məmmədəliyeva bildirdi ki, Azərbaycan ilə Fransa arasında mədəniyyət sahəsində olduğu kimi, turizm sahəsində əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Qarşılıqlı münasibətlərin inkişafında Azərbaycanın birinci xanımı, Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun rəhbəri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyəti, həyata keçirilən layihələr olduqca mühüm əhəmiyyət kəsb edir.

Görüşdə Fransanın Alzas bölgəsinin turizm imkanları və gələcək layihələr barədə məlumat verildi. Həmçinin Azərbaycan əleyhinə çalışan dairələrin fəaliyyətini nəzərə alaraq, müvafiq istiqamətdə təbliğatın gücləndirilməsinin zəruriliyi qeyd edildi. 29 sentyabr - 02 oktyabr 2015-ci il tarixində Fransada keçiriləcək "Top Resa 2015" Beynəlxalq Turizm Sərgisində Mədəniyyət və Turizm Nazirliyinin iştirakının nəzərdə tutulduğu qarşı tərəfin diqqətinə çatdırılıb.

Andre Rişard tərəfindən öz növbəsində səmimi qəbula görə nazir müavininə təşəkkür bildirildi, həmçinin Fransa - Azərbaycan arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığa maraq və bu istiqamətdə lazımi fəaliyyətin həyata keçirilməsinə hazırlıq ifadə edildib.

Bütün xəbərlər Facebook səhifəmizdə