Nizami Kino Mərkəzində Türkiyə istehsalı olan "Robinzon Cruzo və Cümə" komediyası, Amerika kinematoqrafçılarının çəkdiyi "Komplekssiz qız" və Fransa ilə Çinin istehsalı olan "Daşıyıcı: İrs" filmlərinin nümayişi başlanıb. Mərkəzdən SİA-ya verilən məlumata görə, növbəti türk filmi rejissor Gürcan Yurtun çəkdiyi "Robinzon Cruzo və Cümə" kinokomediyasıdır. İlk dəfə olaraq film Azərbaycan dilində subtitrlərə təqdim olunur. Yaş həddi: 12+
Adaya düşdüyünün 15 illiyini pis əhval ruhiyyədə qarşılayan Robinzon Cruzo və Cümə yalnızlıq krizindədirlər. Bu məqamda ada sahilinə yan alan gəmi və onun sakinləri onların həyatına rəngarənglik qatır.
Filmdə baş rolları Serhat Mustafa Kılıç, John Nyambi və Beyti Engin ifa ediblər.
Növbəti, "Komplekssiz qız" filmini Emi Bet Şumerin ssenarisi əsasında rejissor Cudd Apatou komediyasayağı melodram janrında çəkib. Filmin sloqanı: "Özünə heç nəyi qadağa eləmə" Yaş həddi: 18 +
Gözəlçə Emminin heç vaxt ciddi münasibətləri olmayıb. Azad fikirli qız adətən bir oğlanla iki dəfə görüşə getmir. Böyük kişi dərgisinin əməkdaşı olduğuna görə, redaktorundan idmançı həkimi Aron haqqında məqalə hazırlaması tapşırığını aldıqda Emmi düşünəndə bilməzdi ki, bu görüş onun həyatını dəyişəcək...
Baş rollarda Emi Bet Şumer, Bill Heyder, Bri Larson, Kolin Kuinn, Con Sina, Vanessa Bayer, Mayk Birbiqliya, Ezra Miller, Deyv Attel və Tilda Suinton çəkiliblər.
"Daşıyıcı: İrs" filmini Lyuk Bessonun ssenarisi əsasında rejissor Kamil Delamarr ekranlaşdırıb. Ekran əsəri triller, döyüş və kriminal janrındadır. Yaş həddi:16+
Frenk Martin- böyük məbləğə işləyən yüksək ixtisaslı daşıyıcıdı. Tariflər və texnologiyalar dəyişsə də onun iş şərtləri dəyişməz qalır: heç vaxt razılaşma qaydalarını dəyişmə, ad çəkmə və heç zaman yük bağlamasını açma.
Növbəti iş sifarişini gözəl və ağıllı Annadan və onun üç cazibədar rəfiqəsindən alan Frenk, tez bir zamanda aldadıldığını başa düşür...
Baş rollara Ed Skreyn, Rey Stivenson, Loan Şabanol, Qabriella Rayt, Tatyana Paykoviç, Vensya Yu, Radivoye Bukviç, Noemi Lenuar, Yuri Kolokolnikov və Lenn Kudryavitski çəkiliblər.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB