Qazaxıstanın Astana şəhərində "Baris" buz oyunları sarayında "Qazax xanlığının 550 illiyinə" həsr olunmuş təntənəli yubiley tədbiri keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən məlumata görə, Qazaxıstan, Azərbaycan, Qırğızıstan dövlətlərinin başçıları, Türkiyə Böyük Millət Məclisinin sədrinin iştirakı ilə keçirilən tədbirdə, digər türkdilli dövlətlərin yüksək rütbəli dövlət nümayəndələri, eləcə də ölkə ziyalıları və diplomatik korpusların nümayəndələri iştirak ediblər.
Konsert proqramında Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı təmsil etmiş, tamaşaçıların rəğbət və alqışlarını qazanıblar.
Qeyd edək ki, 2015-ci ilin 06 sentyabr tarixindən başlayan yubiley tədbiri çərçivəsində Qazaxıstanın Astana və Almatı şəhərlərində müxtəlif konsertlər, səhnələşdirilmiş tamaşalar keçirilir. Tədbir 15 sentyabr tarixində başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB