ATMU əməkdaşlarının məqalə və tezisləri çap olunub

ATMU əməkdaşlarının məqalə və tezisləri çap olunub

Azərbaycan Turizm və Menecment Universitetinin tədqiqatçı-müəllimləri 2014/2015-ci tədris ilinin fəaliyyət planında nəzərdə tutulan elmi araşdırmaların yekun nəticələrinə dair məqalələrin müəllifləridir. SİA-nın məlumatına görə, cari tədris ili ərzində universitet əməkdaşlarının respublikamızda, o cümlədən xarici ölkələrdə yüzə yaxın elmi məqaləsi, ölkə və beynəlxalq səviyyəli konfrans materiallarında isə tezisləri nəşr olunub. Qeyd edilən dövrdə ali təhsil ocağının müvafiq ixtisaslarında təhsil alan tələbələr üçün metodiki və fənn proqramlarından ibarət tədris-metodiki dərs vəsaitləri çap edilib. Təxminən 30 monoqrafiya işıq üzü görüb.

Bütün xəbərlər Facebook səhifəmizdə