Aparılan məqsədyönlü işlər, habelə ölkə rəhbərliyinin bilavasitə diqqəti nəticəsində Bakı Prosesi və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ictimaiyyət tərəfindən ölkəmizin ən nüfuzlu tədbirlərindən biri kimi qiymətləndirilir. SİA-nın məlumatına görə, mədəniyyətlərarası dialoq və multikulturalizm kimi dəyərlərin təbliği üzrə dövlət siyasətinin miqyasını və mahiyyətini nəzərə alaraq, qeyd olunan proseslərə ölkəmizin elmi müəssisələrinin və ali məktəblərinin potensialının cəlb olunması məqsədəuyğun olduğu üçün Nazirlik bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirir.
Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən və ölkəmizin müsbət beynəlxalq imicinin formalaşmasında böyük əhəmiyyətə malik olan Bakı Prosesi, o cümlədən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun elmi tədqiqi və təşviqi, habelə respublikamızın elmi ictimaiyyətinin sözügedən sahəyə diqqətinin artırılması, mədəniyyətlərarası dialoq və multikulturalizm kimi sosial-siyasi məfhumların respublikamızda aparılan elmi araşdırmaların əsas tədqiqat predmetlərindən birinə çevrilməsi və sahənin inkişafına xidmət edə biləcək ekspert rəylərinin toplanması məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi "Mədəniyyətlərarası dialoq: siyasi dəyər və sülhün təminatçısı" adlı məqalə-ideya müsabiqəsini keçirib. Bununla əlaqədar olaraq, cari ilin 11 sentyabr tarixində saat 11:45-də Bakı Biznes Mərkəzində qaliblərin mükafatlandırılması mərasimi həyata keçiriləcək.
Qeyd edək ki, müsabiqə 3 kateqoriyalı iştirakçılar arasında keçirilmişdir: alimlər arasında, tələbələr arasında və kollektiv araşdırmalar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB