Turizm imkanlarımız Tokioda nümayiş olunacaq

Turizm imkanlarımız Tokioda nümayiş olunacaq

24-27 sentyabr 2015-ci il tarixində Yaponiyanın Tokio şəhərində keçirilən "JATA 2015" Beynəlxalq Turizm Sərgisində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti iştirak edəcək. SİA-nın məlumatına görə, sərgidə 5 yerli turizm şirkəti "Al travel", "Turizm.az", "Spektr travel", "Geo travel" və "SW travel" şirkətləri təmsil olunacaq.

Adıçəkilən sərgidə respublikamızın turizm imkanlarını əks etdirən 45 kv.m sahədə milli stend quraşdırılaraq, sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanmaq üçün ingilis və yapon dillərində müxtəlif növ reklam-çap məhsulları ilə təmin olunacaq.

Qeyd etmək istəyirik ki, 2007-ci ildən başlayaraq Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri artıq yeddinci dəfədir ki, "JATA" Beynəlxalq Turizm Sərgisində iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə