Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası və Rusiyanın "VaytMedia" studiyası ilə birgə dövlət sifarişi əsasında istehsal olunan "Qırmızı bağ" bədii filminin istehsalının son tamamlama işləri aparılır. SİA-nın məlumatına görə, sözügedən filminin yaxın vaxtlarda təhvil verilməsi nəzərdə tutulub.
"Qırmızı bağ" filminin ssenari müəllifi və rejissoru Mirbala Səlimli, quruluşçu operatoru Maksim Drozdov, quruluşçu rəssamı Leonit Karpov, bəstəkarı Salman Qəmbərov, prodüserləri Müşfiq Hətəmov ("Azərbaycanfilm") və Timur Vaynşteyndir ("WeitMedia").
Qeyd edək ki, filmin çəkilişlərinə Bakı, Şəki, Gəncə və Moskvadan olan aktyorlar cəlb edilib. Əsas rollarda Maksud Məmmədov, Gülzar Qurbanova, Xanlar Həşimzadə, İlham Hüseynov, Razis İbrahimov və Şəki məktəblisi Taleh Bədiyev çəkilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB