"Qolos" yarışmasına qatılan Emil Kadırov növbəti tura yüksəlib
Rusiyanın Birinci kanalında yayımlanan məşhur "Qolos" yarışmasında yeni mövsümə start verilib. Yarışmaya qatılan 22 yaşlı bakılı müğənni Emil Kadırov öz çıxışı ilə münsifləri və bütün zalı heyrətləndirərək növbəti tura yüksəlib.
Qriqoriy Leps, Polina Qaqarina, Basta (Vasiliy vakulenko) və Aleksandr Qradskinin daxil olduğu münsiflər heyətinin qarşısına "Baila me" ("Mənim üçün rəqs et") mahnısı ilə çıxan müğənni "ulduz" ustadları heyrətləndirib.
Müğənninin səsinə Aleksandr Qradski və Basta səs verib.Emil Kadırov Qradskinin komandasında çıxış etməyə qərar verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB