Oktyabrın 3-də Britaniyanın məşhur teatr dərnəyi "Shakespeare's Globe"nin dünya turu çərçivəsində "Hamlet" tamaşası Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində nümayiş etdiriləcək. Tamaşa British Council və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə nümayiş olunacaq.
British Councildən bildiriblər ki, Londonun "Shakespeare's Globe" teatrı sözügedən layihəni dünya şöhrətli dramaturq Şekspirin anadan olmasının 450 və vəfatının 400- cü ildönümü münasibətilə həyata keçirir. Tamaşanın 2016-cı ilin aprel ayınədək dünyanın əksər ölkələrdə nümayişi planlaşdırılır.
Dünyada 100-dən artıq ölkədə nümayiş olunan tamaşanın Akademik Milli Dram Teatrındakı nümayişi subtitrlər vasitəsilə teatrsevərlərə təqdim ediləcək.
Tamaşanın biletlərini paytaxtın teatr kassalarından əldə etmək mümkündür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB