Azərbaycanın turizm potensialının Almaniya turizm bazarında təbliğ və təşviq edilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi ilə "Aviareps Tourism" şirkəti arasında artıq ikinci ildir ki, əməkdaşlıq uğurla davam etdirilir. Bu məqsədlə "Aviareps Tourism GmbH" şirkəti ilə 2015-2016-cı illər üzrə müvafiq müqavilə imzalanmış və tədbirlər planı təsdiq olunub. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən məlumata görə, təsdiq olunmuş tədbirlər planına uyğun olaraq 5-12 sentyabr 2015-ci il tarixində Azərbaycanın turizm potensialının Almaniya mətbuatında işıqlandırılması məqsədilə Almaniyanın aparıcı KİV nümayəndələri üçün "Azərbaycanda spa və idman turizmi" mövzusunda press-turun keçirilməsi nəzərdə tutulub.
Səfər çərçivəsində KİV nümayəndələrinin paytaxt Bakı ilə yanaşı, Quba və Qusar rayonlarına səfərləri planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB