Məlum olduğu kimi 21 sentyabr tarixi bütün dünya ölkələrində "Beynəlxalq Sülh Günü" kimi qeyd olunur. Bu əlamətdar gün münasibətilə Biləsuvar rayon Mərkəzi kitabxanasında "Sülh aylığı" çərçivəsində "Sülh və insan hüquqları" mövzusunda tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirin keçirilməsində əsas məqsəd 21 sentyabr tarixində bütün dünyada qeyd olunan "Beynəlxalq Sülh Günü"nün əhəmiyyəti barəsində ictimaiyyəti məlumatlandırmaqdan ibarətdir.
Sülh aylıq çərçivəsində keçirilən tədbirlər ölkəmizdə insan hüquqlarının təbliğinə, insanların hüquq düşüncəsinin, hüquq mədəniyyətinin inkişafına, əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsinə və onların problemlərinin həllinə öz töhfəsini verəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB