Millət vəkili Xanım Qafarovanın qızını ziyarət etdi FOTO

Millət vəkili Qənirə Paşayeva mərhum əməkdar artist Xanım Qafarovanın qızı Gövhərə baş çəkib. SİA-nın məlumatına görə, millət vəkili aktrisanın qızı ilə fotosunu sosial şəbəkədə paylaşaraq bu sözləri qeyd edib: "Bu gün rəhmətlik Xanım Qafarovanın tək yadigarı Gövhərlə gözəl söhbət etdik. Yeni dərs ilinə hazırlaşır. Dərslərini əla qiymətlərlə oxuyan ağıllı və gözəl Gövhər. Yeni dərs mövsümünün başlamasına az qaldı. Ona və bütün balalara uğurlar diləyirik".

Qeyd edək ki, əməkdar artist Xanım Qafarova ötən ilin iyulunda süd vəzi xərçəngindən dünyasını dəyişib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...