Azərbaycan Beynəlxalq Muzey Forumunda təmsil olunacaq

Azərbaycan Beynəlxalq Muzey Forumunda təmsil olunacaq

2015-ci ilin 08-12 sentyabr tarixində Rusiya Federasiyası Tatarıstan Respublikasının Kazan şəhərində "Multikulturalizm dünyasında muzeylərin rolu" adlı Beynəlxalq Muzey Forumu keçiriləcək. SİA-nın məlumatına görə, forumda Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin fonoteka şöbəsinin müdiri Ruqiyyə İsmayılova iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə