Azərbaycanın xalq artisti, kaman ustası Habil Əliyev komaya düşüb. Bu barədə SİA-ya xalq artistinin həyat yoldaşı Şərqiyyə Əliyeva məlumat verib. Bildirib ki, Habil Əliyevin vəziyyəti gecə 01:30-da kəskin pisləşib: "Artıq gecə saatlarından reaksiya vermirdi. Təəssüf ki, həkimlər heç nə edə bilmir. Ümidlərimiz tamam tükənib. Qohum-əqrəba bir an da belə Habil Əliyevi tək qoymur. Canını tapşırmasını gözləməkdən başqa çarəmiz yoxdur".
Qeyd edək ki, Habil Əliyev ürək və ağciyər problemlərindən əziyyət çəkir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB