Respublikamızın bölgələrinin turizm imkanları və infrastruktur layihələri haqqında məlumatların əhaliyə dolğun şəkildə çatdırılması və maarifləndirilməsi məqsədilə 58 şəhər (rayon) mərkəzi kitabxanasında turizm informasiya guşələri yaradılıb. SİA-nın məlumatına görə, kitabxana oxucuları, xüsusən də gənclər və azyaşlılar yaşadıqları şəhər və rayonlardakı turizm imkanları ilə yanaşı, respublikamızın digər bölgələrinin turizmi haqqında da əlavə məlumat əldə edə bilərlər.
Yaxın günlərdə qeyd olunan turizm informasiya guşələrinin daha da zənginləşdirilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə ölkəmizin və regionların turizm imkanlarını özündə əks etdirən reklam-çap məhsullarını şəhər (rayon) mərkəzi kitabxanalarına paylanması nəzərdə tutulub.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB