"Tətil” 16+

Nizami Kino Mərkəzində ABŞ-ın istehsalı olan "Tətil" filminin nümayişi başlanıb. Mərkəzdən SİA-ya verilən məlumata görə, rejissorlar Con Frensis Deyli və Conatan M. Qoldşteynin ekranlaşdırdığı "Tətil" filmi komediya və məcara janrındadır. Filmin sloqanı: "Səhv nə ola bilərdi" Yaş həddi: 16+

Film, gənc ata və nümunəvi ailə başçısı Rasti Qrizvoldun ailəsi ilə uşaqlıq xəyalındakı tətili keçirmək istəyindən bəhs edir. Həyat yoldaşı və iki oğlu ilə birgə, son hədəf Amerikanın ən yaxşı Tematik parkı olaraq ölkə üzrə unudulmaz səyahət etməklərini qərara alır. Onlar hər şeyi çox dəqiq planlaşdırıb, şən və maraqlı macəralar ümidi ilə yola çıxırlar.

Yolun əvvəli uğurlu olsa da tədricən evdən uzaqlaşan ailə problemlərlə qarşılaşmağa başlayır. İşləri plan üzrə getməsə də Rasti yarı yoldan dönmək fikrində deyil və nəyin bahasına olursa olsun son dayanacaq məntəqəsinə çatmaq və ailəsinə ən gözəl tətil bəxş etmək niyyətindədir...

Baş rolların ifaçıları Ed Xelms, Kristina Epplqeyt, Skayler Cizondo, Still Stebbins, Kris Hemsvort, Lesli Mann, Çevi Çeyz, Beverli D Ancelo, Çarli Dey, Katrin Missal və digər aktyorlardır.

Bütün xəbərlər Facebook səhifəmizdə