10 min sakin təxliyyə edildi
Almaniyada bomba həyəcanı

Almaniyanın Koblenz şəhərində İkinci Dünya müharibəsindən qalma bombanı zərərsizləşdirmək üçün şəhərin 10 min əhalisi təxliyyə edilib.

Bu barədə şəhərin rəsmi saytında məlumat verilib. Çəkisi 1 ton olan bomba tikinti işləri zamanı tapılıb.

Yerli sakinlər təxliyyə ediləndən sonra istehkamçılar bombanı zərərsizləşdirməyə çalışacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə