Azərbaycan Yaradıcılıq Fondunun nəzdində fəaliyyət göstərən "Sönməyən ulduzlar" teatrı yeni mövsümü sentyabrın 5-də açacaq. SİA-nın məlumatına görə, teatrda yazıçı Marat Haqverdiyevin "Məhəbbət və şeytan" əsəri tamaşaya hazırlanacaq.
Əsərə quruluşu rejissor Yusif Əkbərov verəcək. Rolları əməkdar artistlər Raziyyə Şirinova, Firuz Xudaverdiyev, Şükufə Musayeva, Əməkdar mədəniyyət işçisi Rafiq Kaşanlı, aktyor Məmməd Əliyev və başqaları ifa edəcək. "Sönməyən ulduzlar" teatrında əsasən qocaman sənət adamları çıxış edir. Teatrın bədii rəhbəri Rafiq Kaşanlıdır.
Qeyd edək ki, Marat Haqverdiyevin bu əsəri uzun illər əvvəl Gənc Tamaşaçılar Teatrında "Məhəbbət, şeytan, lambada" adı ilə səhnəyə qoyulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB