Qazax rayonunda Azərbaycanın görkəmli şairi Molla Pənah Vaqifin poeziya günləri ilə bağlı Ədəbiyyat Muzeyində tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə idarə, müəssisə, təşkilat rəhbərləri, təhsil və mədəniyyət işçiləri, rayon ağsaqqalları, şair və yazıçılar iştirak ediblər.
Tədbiri giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, əməkdar incəsənət xadimi, şair Barat Vüsal açıb və Molla Pənah Vaqifin yaradıcılığı barədə geniş məlumat verib. Sonra tədbirdə Bakı şəhərindən, Tovuz, Ağstafa və Qazax rayonlarından gəlmiş şair və yazıçılar çıxış edərək Vaqif poeziyasına bir daha nəzər salıblar. Gənc şairlər öz şeirlərini səsləndirib, aşıqların ifasında saz havaları təqdim olunub.
Qeyd edək ki, tədbir iştirakçıları Səməd Vurğunun Yuxarı Salahlı kəndindəki ev muzeyini də ziyarət edərək xatirə kitabına ürək sözlərini yazıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB