Qazax rayon Mərkəzi Kitabxanasında Xalq şairi, akademik Bəxtiyar Vahabzadənin 90 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib. SİA-nın məlumatına görə, "Türk dünyasının Bəxtiyarı" adlı mərasimdə mədəniyyət işçiləri, rayon ziyalıları və ədibin fəal oxucuları iştirak ediblər.
Tədbirdə MKS-nin direktoru Solmaz Babanlı çıxış edərək şairin həyat və yaradıcılığından söz açıb. Vurğulanıb ki, Prezident İlham Əliyevin 14 yanvar 2015-ci il tarixli Sərəncamı" əsasən görkəmli ədəbin 90 illik yubileyi geniş şəkildə qeyd olunur.
Qeyd edək ki, tədbirdə şairin sözlərinə yazılmış mahnılar səsləndirilib. Sonda qonaqlar "Türk dünyasının Bəxtiyarı" adlı kitab sərgisi ilə tanış olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB