Tariximizin yadigarları

Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyi qədim tariximizə şahidlik edən eksponatlarla zəngindir. SİA-nın məlumatına görə, muzeydə e.ə. II-I əsrlərə və sonrakı dövrlərə aid olan müxtəlif gil qablardan ibarət "Tariximizin yadigarları" adlı sərgi təşkil edilib. Antik dövrdən indiyə qədər istifadə edilən müxtəlif formalarda gil çıraqlar, su qabları, boşqablar, bərnilər, vazalar, qazanlar, bitkilərdən məlhəmlər hazırlamaq üçün xüsusi qablar, küplər və XIV-XV əsrlərdə soyuducu kimi istifadə olunan böyük küp tariximizin yadigarları kimi ekspozisiyaya gözəllik qatır, insanları xəyalən keçmişə aparır.

Qeyd edək ki, muzeyə gələn ziyarətçilər burada mühafizə olunan eksponatlara böyük maraq göstərir, təəssüratlarını xatirə kitabına qeyd edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə