Qax rayon C.Cabbarlı adına Mərkəzi kitabxanasında "Xalqımızın mənəvi dəyər xəzinəsi" adlı oxucu konfransı keçirilib. SİA-nın məlumatına görə, "Kitabi-Dədə Qorqud"un alman dilinə ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında" ölkə Prezidentinin 20 fevral 2015-ci il tarixli sərəncamına əsasən təşkil olunan konfransda dastanın nəşr tarixindən, mənəvi dəyərlər xəzinəsindən bəhs edən məruzələr dinlənilib.
Qeyd edək ki, tədbirin sonunda "Xalqımızın mənəvi dəyər xəzinəsi" adlı elektron sərgi və "Dədə Qorqud nəsihətləri" adlı videoçarx nümayiş olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB