Əbülfəs Qarayev İSESKO nümayəndə heyətini qəbul edib

Əbülfəs Qarayev İSESKO nümayəndə heyətini qəbul edib

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İSESKO nümayəndə heyətini qəbul edib. SİA-nın məlumatına görə, nümayəndə heyətinə İSESKO-nun İcraiyyə Şurası katibliyi, Baş Konfrans və Xüsusi Nazirlər Konfranslarının Direktoru Məhəmməd Qemari rəhbərlik edirdi.

Görüş zamanı cari ilin 23-27 noyabr tarixlərində Bakıda keçiriləcək İSESKO İcraiyyə Şurasının 36-cı sessiyası və 12-ci Baş konfransın təşkilati məsələləri müzakirə edilib. Görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva tərəfindən İslam dünyasında həmrəyliyə, əməkdaşlığın inkişafına və islam mədəni irsinin qorunmasına göstərilən xüsusi diqqət vurğulanıb. Bildirilib ki, konfransda İSESKO-ya üzv olan bütün ölkələrdən nazirlər (52 dövlət) və islam dünyasının nüfuzlu beynəlxalq qurumların rəhbərləri iştirak edəcək.

Qeyd edək ki, yekunda sözügedən tədbirlərin təşkili ilə bağlı tələbləri əks etdirən sənəd imzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə