“Nağara-2015” festivalında sonuncu ustad dərsi

“İstanbul Harem” qrupu tərəfindən təqdim olunub
“Nağara-2015” festivalında sonuncu ustad dərsi

Şəkidə keçirilən "Nağara-2015" Beynəlxalq Zərb Alətləri Festivalı çərçivəsində avqustun 26-da Türkiyənin "İstanbul Harem" qrupu tərəfindən musiqisevərlərə sonuncu ustad dərsi təqdim olunub. Yuxarı Karvansaray mehmanxana kompleksinin həyətində keçirilən tədbirin əvvəlində qrupun fəaliyyəti barədə qısa məlumat verilib. Bildirilib ki, 2001-ci ildə yaradılan bu qrupun tərkibinə Dj və 4 ritm ifaçısı daxildir. "İstanbul Harem" qrupu bu gün Türkiyənin ən tanınmış sənətçilərinin albom yazılışlarında və konsert layihələrində iştirak edir.

Ustad dərsi zamanı qrupun üzvləri musiqisevərlərə müxtəlif kompozisiyalar təqdim edib, ifa etdikləri ritmlər barədə məlumat veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə