Natiq Şirinov dərs keçdi FOTO

Şəkidə keçirilən "Nağara-2015" Beynəlxalq Zərb Alətləri Festivalı çərçivəsində "Yuxarı Karvansaray" mehmanxana kompleksinin həyətində "Natiq ritm" qrupunun rəhbəri, Əməkdar Artist Natiq Şirinov musiqisevərlərə nağara alətindən ustad dərsi keçib. SİA-nın məlumatına görə, əvvəlcə tamaşaçılara qrupun fəaliyyəti barədə qısa məlumat verilib. Diqqətə çatdırılıb ki, qrup 2001-ci ildə yaradılıb və indiyədək dünyanın bir sıra ölkələrində keçirilən festival və tədbirlərdə, konsertlərdə iştirak edib.

Ustad dərsində Natiq Şirinov musiqisevərlərə Azərbaycanın qədim zərb alətlərindən olan nağaranın yaranma tarixindən danışıb.

Qeyd edək ki, sonra Natiq Şirinov nağarada etdiyi yeniliklər, milli ritmlərimiz barədə məlumat verib, qrupun digər üzvlərinin müşayiəti ilə müxtəlif ritmlər ifa edib, iştirakçıların suallarını cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə