Əbülfəs Qarayev qəbul keçirəcək

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev avqustun 28-də Goranboy şəhərində Heydər Əliyev Mərkəzində (H.Əliyev prospekti 4) Goranboy, Tərtər, Bərdə, Yevlax, Ağcabədi, Xocalı, və Laçın rayonlarından olan vətəndaşları qəbul edəcək. SİA-nın xəbərinə görə, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb.

Görüş saat 11.00-da başlayacaq.

Mədəniyyət və turizm nazirinin qəbulunda iştirak etmək istəyənlər adları çəkilən rayonların mədəniyyət və turizm şöbələri ilə və ya mct.qov.az saytından əlaqə nömrələrini əldə etməklə yazıla bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə