Muxtar Maniyevə baş çəkdilər FOTO
Mədəniyyət işçiləri hazırda xəstəxanada olan xalq artisti Muxtar Maniyevə baş çəkiblər. SİA-nın verdiyi xəbərə görə, bu barədə əməkdar artist Nahidə Orucova sosial şəbəkədə yazıb və fotolar paylaşıb: "Görkəmli sənətkarımız, xalq artisti Muxtar Maniyevin Allah şəfasını versin, yastığı yüngül olsun. Həyat yoldaşına Allahdan səbr diləyirik. İnşallah, evində görüşənədək".

Fotolarda Nahidə Orucovayla yanaşı sənətkara baş çəkənlər arasında xalq artistləri Nuriyyə Əhmədova və Həmidə Ömərova da var.

Qeyd edək ki, avqustun 11-də Elmi Cərrahiyyə Mərkəzində sənətkarın sol ayağı topuq nahiyəsindən amputasiya olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə