“Azərbaycan günü” keçiriləcək

“Azərbaycan günü” keçiriləcək

Koreya Respublikasının Qyonsanbuk əyalətində keçirilən Qyoncu İpək Yolu festivalı çərçivəsində avqustun 22-də "Azərbaycan günü" təşkil ediləcək. SİA-nın verdiyi xəbərə görə, Azərbaycan Mədəniyyəti Fondunun və SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin, ölkəmizin Seuldakı səfirliyinin dəstəyi ilə keçiriləcək "Azərbaycan günü"ndə Dövlət Rəqs Ansamblının, Qədim Musiqi Alətləri Ansamblının üzvlərinin, pianoçu və solistlərin, Qəbələdən olan saz ifaçılarının çıxışları gözlənilir.

Qeyd edək ki, tədbir çərçivəsində Qyoncu şəhəri ilə Qəbələ şəhəri arasında qardaşlıq memorandumunun imzalanması və "Grand Bazaar" ("Böyük bazar") yarmarkasında əl işlərinin və yerli məhsulların satışı də nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə