Emin Ağalarov Əminə ilə

Müğənni-bəstəkar Emin Ağalarov Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku" jurnalının baş redaktoru Leyla Əliyevanın övladlığa götürdüyü Əminənin fotosunu paylaşıb. Emin Ağalarov çəkilən fotonu "Nəsillər dəyişir, amma dünya olduğu kimi qalır!" (Generations change but the world remains!) yazı ilə paylaşıb.

Fotodan da göründüyü kimi gəmidə Emin Ağalarov, atası, əkiz övladları və Əminə bir yerdə dənizə baxırlar.

Qeyd edək ki, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov bir müddət əvvəl müsahibəsində Fondun vitse-prezidenti Leyla Əliyevanın övladlığa uşaq götürdüyünü açıqlamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə