Stas Mixaylov Azərbaycana gəlir

Heydər Əliyev Sarayında Rusiyanın populyar estrada müğənnisi və əməkdar artist Stas Mixaylov oktyabrın 1-də yeni solo konsert proqramı ilə Azərbaycan tamaşaçılarının görüşünə gələcək. SİA-nın verdiyi xəbərə görə, konsertdə S.Mixaylovun məşhur hitləri ilə yanaşı, yeni mahnıları da yer alacaq.

Qeyd edək ki, Rusiya şou-biznesinin gündəmində qalmağı bacaran sənətkar Azərbaycanda bir sıra konsert proqramı ilə çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə