Azərbaycan beynəlxalq sərgidə təmsil olunacaq

Azərbaycan beynəlxalq sərgidə təmsil olunacaq
Sentyabrın 2-dən 6-dək Rusiyada XXVIII Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək. Tədbirdə ölkəmizi Mədəniyyət və Turizm Nazirliyi təmsil edəcək. Nazirlikdən SİA-ya bildirilib ki, sərgi çərçivəsində beynəlxalq "Kitab sənəti" müsabiqəsində qalib gəlmiş Azərbaycan kitablarının mükafatlandırılması nəzərdə tutulub.

Qeyd edək ki, Moskva Kitab Sərgi-Yarmarkası nəşriyyat və informasiya sahəsində xarici tərəfdaşlarla əlaqələrin qurulması, Azərbaycanın zəngin mədəniyyətinin və sürətli inkişafının, Qarabağ həqiqətlərinin təbliğ olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Bütün xəbərlər Facebook səhifəmizdə