"Yaddaş gündəliyi" serial olacaq
Rejissor Nik Kassavetisin "Yaddaş gündəliyi" romantik dramı əsasında serial çəkiləcək. SİA-nın verdiyi xəbərə görə, The CW telekanalı ssenari üzərində eyniadlı bestsellerin müəllifi Nikolas Sparksla çalışacaq. Serialın baş qəhrəmanları filmdə olduğu kimi Nuhu və Elli olacaq. Tammetrajlı filmdə onların rollarını Rayan Qoslinq və Reyçel MadAdams ifa etmişdi, lakin televersiyada bu aktyorların iştirak edəcəyi barədə məlumat yoxdur. Çoxseriyalı layihə cütlüyün münasibətlərinin başlanmasını və İkinci Dünya müharibəsindən sonra onların həyatını "danışacaq".

Qeyd edək ki, serialda Nuh və Ellinin yaşlı vaxtlarına toxunulmayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə