"Müsafir" filmi beynəlxalq festivalda

"Müsafir" filmi beynəlxalq festivalda

Türkiyəli rejissor Məhməd Əryılmazın müəllifi olduğu yeni çəkilmiş "Müsafir" filminin 36-cı Monreal Dünya Film Festivalında premyerası olacaq.

SİA-nın verdiyi xəbərə görə, festivala təqdim olunan 9 film arasından seçilən "Müsafir" filmi dünya kino yarışması bölümündə yarışacaq.

Qeyd edək ki, çoxmetrajlı "Müsafir" filmi ailə-məişət mövzusunda çəkilib. Dünyanın kino rejissorlarının və kino mütəxəssislərinin səbirsizliklə gözlədiyi bu festival ən böyük festivallardan hesab edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə