"Frida" Gəncədə
Avqustun 11-də "Art cinema club" layihəsi çərçivəsində Gəncə şəhər Heydər Əliyev Mərkəzində "Frida" filmi nümayiş olunacaq. SİA-nın verdiyi xəbərə görə, rus dilində göstəriləcək filmə giriş sərbəstdir. Layihə çərçivəsində mütəmadi olaraq rəssamlar, yaradıcı şəxsiyyətlər, incəsənət haqqında filmlər təqdim ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə