Dünya şöhrətli müğənni Bakıda

Avqustun 14-də dünya şöhrətli estrada müğənnisi, Rusiyanın əməkdar artisti Mixail Şufutinski "Mambo"da yeni solo konsert proqramı ilə çıxış edəcək. SİA-nın verdiyi xəbərə görə, özünün musiqi orkestrinin müşayiəti ilə baş tutacaq konsert proqramında müğənni məşhur rus bəstəkarlarının klassik musiqi əsərlərini ifa edəcək. Sənətkarın musiqi yaradıcılığını şanson və şəhər romansı üzərində qurulan yaradıcılıq sintezi adlandırmaq olar.

Qeyd edək ki, M.Şufutinskinin şəxsi orkestri ilə yanaşı balet qrupu da fəaliyyət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə