Yeni film çəkilir Azərbaycanda (FOTOLAR)

Yeni film çəkilir Azərbaycanda (FOTOLAR)

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında "Onun atası" adlı qısametrajlı bədii filminin çəkilişlərinə başlanılıb. Kinostudiyadan SİA-ya verilən məlumata görə, psixoloji dram janrında çəkilən filmin ssenari müəllifi və quruluşçu rejissoru Zamin Məmmədov, quruluşçu operatoru Əli Sultanov, quruluşçu rəssamı Arif Niftiyev, icraçı prodüseri Rəhim Sadıqov, prodüseri Müşfiq Hətəmovdur.

Qeyd edək ki, filmdə baş rolları Şamil Süleymanov, Məbud Məhərrəmov, Ülviyyə Rza və digərləri canlandırırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə