Uşaqlar sevinəcək! "Fiksi-şou" gəlir

Uşaqlar sevinəcək! "Fiksi-şou" gəlir
Uşaqların sevimli nağıl və animasiya filmi olan "Fiksi-şou" yeni il ərəfəsində Bakıda nümayiş etdiriləcək. Bu barədə SİA-ya Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrından məlumat verilib. Bildirilib ki. şou-tamaşa dekabrın 26, 27 və 28-də Rus Dram Teatrının səhnəsində nümayiş olunacaq.

Qeyd edək ki, "Fiksi-şou" uşaqların sevimli animasiya filmi qəhrəmanlarının teatrlaşdırılmış tamaşasıdır. Təşkilatçılar maraqlı tamaşa vəd edirlər. Tamaşanın biletləri artıq satışdadır.

Bütün xəbərlər Facebook səhifəmizdə