Lisenziyalı mehmanxanaların sayı 338 oldu

Lisenziyalı mehmanxanaların sayı 338 oldu
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2015-ci ilin iyul ayı ərzində aşağıda adları göstərilən yerləşdirmə obyektlərinə mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilib:

1. "May Vey Travel" Məhdud Məsuliyyətli Cəmiyyətinə (hüquqi ünvanı: Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 34, mənzil 52) "My Way" mehmanxanası, 29.07.2015-ci il tarixli, qeydiyyat nömrəsi 601, seriya №-si 083974; faktiki ünvan: Gəncə şəhəri, Adil İsgəndərov küçəsi 59;

2. Fiziki şəxs Mustafayev Mustafa Mahmud oğluna (hüquqi ünvanı: Hacıqabul rayonu, Nəvahi kəndi) "Dostluq" istirahət mərkəzi, 27.07.2015-ci il tarixli, qeydiyyat nömrəsi 602, seriya №-si 083975; faktiki ünvan: Masallı rayonu, Qəriblər kəndi;

3. "Azpetrol Ltd" Məhdud Məsuliyyətli Cəmiyyətinə (hüquqi ünvanı: Bakı şəhəri, Böyük Qala küçəsi, 37) "Motel", 03.09.2012-ci il tarixli, qeydiyyat nömrəsi 372, seriya №-si 083976; faktiki ünvan: Qusar rayonu, Samur qəsəbəsi ərazisi (surət);

4. Fiziki şəxs Şahverdiyev Əhmədiyyə Yusif oğluna (hüquqi ünvanı: Bakı şəhəri, Şərifzadə küçəsi, ev 40, mənzil 17) "Business Palace" mehmanxanası, 27.07.2015-ci il tarixli, qeydiyyat nömrəsi 603, seriya №-si 083977; faktiki ünvan: Bakı şəhəri, Nərimanov rayonu, 2082-ci məhəllə, Ziya Bünyadov pr., ev 146 A.

Qeyd edək ki, respublika ərazisində xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərən mehmanxanalarınsayı 338-ə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə