"Nağara 2015" Şəkidə

22-26 avqust tarixlərində Şəki şəhərində Azərbaycanda və Qafqazda ilk dəfə olaraq "Nağara 2015" Beynəlxalq Zərb Alətləri Festivalı keçiriləcək. SİA-nın məlumatına görə, festival Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Şəki şəhər İcra Hakimiyyətinin və "ALMUS Production" şirkətinin təşkilatçılığı ilə keçirilir.

Festivalda Azərbaycanla yanaşı Türkiyə, İran və Özbəkistandan məşhur ritm ifaçıları iştirak edəcəkdir. Avqustun 22-də Festivalın təntənəli açılış mərasimi keçiriləcəkdir. Avqustun 23-də Özbəkistanı təmsil edən Abbos Kasimov və "Abbos" qrupunun, 24-də İranı təmsil edən "Lian" qrupunun, 25-də Türkiyəni təmsil edən Suat Borazan və "İstanbul Harem" qrupunun konsertləri olacaq. Avqustun 26-da isə "Natiq ritm" qrupunun konserti və "Nağara 2015" Beynəlxalq Zərb Alətləri Festivalının bağlanış mərasimi keçiriləcəkdir. Konsertlər Şəki şəhərindəki Yaşıl Teatrda keçiriləcəkdir.

Bundan başqa 23, 24, 25 və 26 avqust tarixlərində Şəki şəhərindəki Karvansarayda Natiq Şirinov, Abbos Kasimov, "Lian" qrupu və Suat Borazanın master klassları keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə