Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə noyabr ayında Xalq Artisti, professor, bəstəkar Əşrəf Abbasovun 95 illiyinə həsr olunmuş xatirə gecəsi keçiriləcək. Bəstəkarlar İttifaqından SİA-ya verilən məlumata görə, mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə keçiriləcək gecədə bəstəkarın həyat və yaradıcılığından söz açılacaq. Azərbaycan Bəstəkarlar İttifaqında təşkil olunacaq gecədə bəstəkarın musiqi əsərlərindən ibarət konsert proqramı da nümayiş etdiriləcək.
Qeyd edək ki, Əşrəf Abbasov 1920-ci ildə Şuşada anadan olub. Sənətkar 1965-ci ildə Azərbaycanın ilk uşaq baleti olan "Qaraca qız"ı yazıb. O, fortepiano və orkestr üçün "Konsert" əsərinin, "Konsertino", "Şuşa", "Gələcək gün", "Dramatik" simfonik poemalarının, "Səndən mənə yar olmaz", "Dağlar qoynunda" operettalarının, bir çox instrumental əsərin, xor, mahnı və romansın, həmçinin "Ü.Hacıbəyov və onun "Koroğlu" operası" və bir sıra başqa nəzəri əsərlərin və məqalələrin müəllifidir. Əşrəf Abbasov 1953-1957-ci illərdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru vəzifəsində çalışıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB