Niyaziyə həsr edilmiş xatirə gecəsi keçirilib

Niyaziyə həsr edilmiş xatirə gecəsi keçirilib
Xalq artisti, dövlət və beynəlxalq mükafatlar laureatı maestro Niyaziyə həsr olunmuş xatirə gecəsi keçirilib. SİA-nın məlumatına görə, tədbir tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə görkəmli sənətkarın mənzil-muzeyində təşkil edilib.

Əvvəlcə muzeyin arxiv materialları əsasında hazırlanmış, Niyazinin yaradıcılığını əks etdirən sənədli film nümayiş olunub.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, əməkdar incəsənət xadimi Alla Bayramova Niyazinin dünya musiqi mədəniyyətinə töhfələrindən, zəngin yaradıcılıq irsinin əhəmiyyətindən, professional dirijorluq fəaliyyətindən söz açıb.

Sonda tədbir Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, əməkdar incəsənət xadimi, bəstəkar Ülviyyə Hacıbəyova və əməkdar incəsənət xadimi, bəstəkar Azər Dadaşovun təqdimatında Niyazinin klassik musiqi əsərlərindən ibarət konsert proqramı ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə