Mürəbbə sevənlər üçün FESTİVAL

Mürəbbə sevənlər üçün FESTİVAL

Avqustun 29-da Qəbələdə III Beynəlxalq mürəbbə festivalı keçiriləcək. Milli Kulinariya Mərkəzindən SİA-ya verilən məlumata görə, festival Dünya Kulinariya Təşkilatları Birliyi və Dünya Xalq Yaradıcılığı Təşkilatının himayəsi altında baş tutacaq. Qəbələ rayon İcra Hakimiyyətinin, Mədəniyyət və Turizm Nazirliyinin Milli Kulinariya Mərkəzinin və Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) birgə təşkil etdikləri festival bu dəfə beynəlxalq səviyyədə reallaşacaq.

Tədbirdə YUNESCO-nun Dünya Xalq Təşkilatının prezidenti xanım Karmen De Padilla da iştirak edəcək.

Əvvəlki mürəbbə festivallarında olduğu kimi builki üçüncü beynəlxalq mürəbbə festivalına da Azərbaycanın 23 bölgəsindən iştirakçılar qatılacaq.

Festivalda münsiflərin rəyi əsasında ən yaxşı mürəbbə hazırlayanlar müxtəlif nominasiyalar üzrə mükafatlandırılacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə