Bir sıra yubiley gecələri keçiriləcək

Bir sıra yubiley gecələri keçiriləcək

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2015-ci ilin ikinci yarısında bir sıra tanınmış incəsənət xadimlərinin yubiley gecələri təşkil olunacaq. Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, sentyabr ayında xalq artisti Səyavuş Aslanın 80 illiyinə həsr olunmuş yubiley gecəsi, oktyabr ayında xalq artisti, görkəmli bəstəkar Vasif Adıgözəlovun 80 illiyinə həsr olunmuş yubiley tədbiri, xalq artisti, aktyor Süleyman Ələsgərovun 100 illiyinə həsr olunmuş yubiley tədbiri, xalq artisti Ağakişi Kazımovun 80 illiyinə həsr olunmuş yubiley tədbiri, noyabr ayında görkəmli səhnə ustası Cahangir Zeynalovun 150 illiyinə həsr olunmuş yubiley tədbirinin keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, keçiriləcək yubiley tədbirləri haqqında mütəmadi olaraq Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytında ətraflı məlumatlar veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə