Niyaziyə həsr olunmuş xatirə gecəsi keçiriləcək

Niyaziyə həsr olunmuş xatirə gecəsi keçiriləcək

Avqustun 5-də xalq artisti, dövlət və beynəlxalq mükafatlar laureatı, görkəmli sənətkar maestro Niyaziyə həsr olunmuş xatirə gecəsi keçiriləcək. SİA-nın məlumatına görə, tədbir Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı ilə reallaşacaq.

Bir sıra mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə Niyazinin mənzil muzeyində keçiriləcək tədbirdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, bəstəkar Ülviyə Hacıbəyova sənətkarın əsərlərindən ibarət silsilə musiqi nömrələri ilə çıxış edəcək.

Qeyd edək ki, Niyazi 1912-ci il avqustun 20-də anadan olub. Sənətkar "Xosrov və Şirin" operasının , "Zaqatala süitası" , "Qaytağı" , "Konsert valsı" simfonik əsərlərinin, "Rast" simfonik muğamının "1920-ci ildə" opera-kantatasının, simfonik orkestr üçün "Rəqs süitası"nın Hindistan yazıçısı Rabindranat Taqorun əsərləri əsasında yaratdığı "Çitra" baletinin və s. xeyli sayda musiqi əsərlərinin müəllifidir.

Bütün xəbərlər Facebook səhifəmizdə