Kukla Teatrında “Çəkməli pişik”

Kukla Teatrında “Çəkməli pişik”
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı mövsümü fransız şairi və yazıçısı Şarl Perronun "Çəkməli pişik" nağılı əsasında hazırlanan yeni tamaşa ilə bağladı. SİA-nın məlumatına görə, teatr yeni mövsümü də bu tamaşa ilə açacaq.

Maraqlı quruluşu (rejissor Anar Məmmədov) olan tamaşada uşaqlar səhnədə baş verənləri izləməklə yanaşı, həm də hadisələrə müdaxilə edirlər. Baş qəhrəman Çəkməli Pişik (Əməkdar artist Rəhman Rəhmanov) uşaqlarla bəzən məsləhətləşir, ya da onlara "bax bu cür olmaq lazımdır" deyə məsləhət verir. Əməkdar incəsənət xadimi Cahangir Zülfüqarovun tamaşa üçün yazdığı musiqilər isə ayrı-ayrı obrazların ifasının açılmasında, səhnə əsərinin ritminin saxlanılmasında mühüm rol oynayır. Quruluşçu rəssam Rəvanə Yaqubova balacaları öz uşaq dünyalarının rənglərində xoş ovqata kökləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə